• Bakı 17° C

    16.26 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

İranda tələbə avtobusu TIR-la toqquşub, ölənlər və xəsarət alanlar var

DÜNYA

30 Sentyabr 2025 | 13:47

İranda tələbə avtobusu TIR-la toqquşub, ölənlər və xəsarət alanlar var

İranda tələbələri daşıyan avtobusun uğradığı yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, sürücü də daxil olmaqla başqa sərnişinlər də yaralanıb.

Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi sentyabrın 30-da Simnan əyalətindəki Simnan-Sorxe avtomagistral yolda olub.

Bildirilib ki, tibb fakültəsinin tələblərini aparan avtobus TIR-la toqquşaraq yoldan çıxıb. Məlumata görə, hadisə nəticəsində 20 və 25 yaşlarında iki qadın ölüb.

İnformasiyaya əsasən, avtobusda ümumilikdə 11 qadın olub.

Hadisənin səbəbi araşdırılır.


SON XƏBƏRLƏR

29 Sentyabr 2025