• Bakı 17° C

    16.51 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Azərbaycanla bağlı saxta paylaşım edən Türkiyə vətəndaşı saxlanıldı

DÜNYA

30 Sentyabr 2025 | 16:45

Azərbaycanla bağlı saxta paylaşım edən Türkiyə vətəndaşı saxlanıldı

Azərbaycanla bağlı dezinformasiya yayan Tuğberk adlı Türkiyə vətəndaşı saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “X” hesabında yazıb. 

Tuğberk bildirib ki, Azərbaycanla bağlı etdiyi paylaşıma görə ötən axşam İspaniyaya qayıdarkən hava limanında saxlanılıb və ifadə verib.

Qeyd edək ki, onun 2 gün öncə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə bağlı yanlış məlumatlar yayması müzakirələrə səbəb olmuşdu. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin mövzusundakı çıxışını guya Azərbaycan rəsmilərinin izlədiyi və alqışladığı barədə saxta paylaşımlar etmişdi.


SON XƏBƏRLƏR