• Bakı 17° C

    9.85 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

ABŞ federal hökuməti büdcə çatışmazlığı səbəbindən bağlanır

DÜNYA

01 Oktyabr 2025 | 10:56

ABŞ federal hökuməti büdcə çatışmazlığı səbəbindən bağlanır

ABŞ federal hökuməti büdcə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırır.

Bakıvaxtı.az “The Washington Post“a istinadən xəbər verir ki, Konqres federal maliyyə axınını saxlamaq üçün qanun layihəsini qəbul edə bilmədiyi üçün ABŞ hökuməti bağlanır.

    Məlumata görə, Demokratlar və Respublikaçılar, eləcə də Prezident Donald Tramp agentliklərin maliyyələşdirilməsinin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.

    Oktyabrın 1-dən etibarən federal işçilər məzuniyyətə göndəriləcək və hökumətə bağlı xidmətlər fəaliyyətini dayandıracaq.

    Xatırladaq ki, ABŞ-da 1981-ci ildən bəri 19 dəfə hökumət bağlanması baş verib. Onların bəziləri üç gün və ya daha az davam etsə də, uzunmüddətli dayandırılmalar federal idarələrin fəaliyyətinə ciddi təsir göstərib.


    SON XƏBƏRLƏR

    30 Sentyabr 2025