• Bakı 17° C

    9.85 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.0497

Bura gələndə özümü xoşbəxt hiss edirəm - Rəşad Məcid

CƏMİYYƏT

01 Oktyabr 2025 | 11:45

Bura gələndə özümü xoşbəxt hiss edirəm - Rəşad Məcid

Bakıda möhtəşəm kitab sərgisi keçirilir. Mən demək olar ki, indiyədək təşkil olunan 11 sərginin hamısında iştirak etmişəm. Son illərdə tədbir Ekspo Mərkəzində baş tutur. Hər dəfə buraya gələndə özümü çox xoşbəxt və rahat hiss edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, sərgilərin dəyəri ondadır ki, burada kitab müəllifləri və kitaba maraq göstərən insanlar bir araya gəlir:

“Bu il də böyük qələbəlik olacaq. İnsanlar sevimli müəllifləri ilə görüşmək imkanı qazanacaqlar”.

Rəşad Məcid bildirib ki, builki sərgidə Qətər dövləti fəxri qonaq ölkə kimi iştirak edir:

“Bu, Qətər ədəbiyyatına marağın artması baxımından mühüm əhəmiyyət daşıyır. İnanıram ki, kitabsevərlər bu sərgiyə xüsusi maraq göstərəcəklər”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Sentyabr 2025