• Bakı 17° C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Gürcüstan Azərbaycan sərhədinədək yolun inşasına kredit götürəcək

CƏMİYYƏT

01 Oktyabr 2025 | 14:42

Gürcüstan Azərbaycan sərhədinədək yolun inşasına kredit götürəcək

Gələn il Gürcüstan hökuməti xarici kreditlər şəklində 3,4 milyard lari həcmində borc almağı planlaşdırır.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın 2026-cı il üçün büdcə layihəsində bildirilib.

    Məbləğin 2 milyard larisi konkret layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından cəlb olunacaq vəsaitlər olacaq. Növbəti il Gürcüstan hökuməti ən çox krediti Asiya İnkişaf Bankından götürəcək.

    2026-cı il üçün kredit proqramlarının siyahısında Tbilisi-Qırmızı körpü (Azərbaycanla sərhəd) avtomobil yolunun inşası da yer alıb. Bu yolun tikintisi üçün Avropa İnvestisiya Bankından 48,3 milyon lari (17,8 milyon ABŞ dolları) həcmində kreditin cəlb edilməsi nəzərdə tutulub.


    SON XƏBƏRLƏR