İmişli rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Elçin Heydərovla vida mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elçin Ağamməd oğlu Heydərov 1971-ci il oktyabrın 1-də İmişlinin Ağaməmmədli kəndində anadan olub. 1994-cü il yanvarın 12-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
E.Heydərov doğulduğu kənddə dəfn ediləcək.
 
 Bakı
 Bakı 

jpg-1761903017.jpg)
