• Bakı 26° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.941

    RUB - 2.1685

Üç müxalif partiya BAĞLANACAQ

CƏMİYYƏT

31 Oktyabr 2025 | 13:28

Üç müxalif partiya BAĞLANACAQ

Hakim “Gürcü Arzusu” partiyası Gürcüstanda fəaliyyət göstərən üç müxalif partiyanın bağlanması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə məlumatı məhkəmənin mətbuat xidməti təsdiqləyib.

Partiyanın iddiasında “Vahid Milli Hərəkat”, “Dəyişiklik üçün Koalisiya” və “Lelo – Güclü Gürcüstan” partiyalarının Gürcüstan Konstitusiyasına zidd fəaliyyət göstərdiyi və buna görə qadağan olunmalı olduğu qeyd edilib.

Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, bu iddia hazırlanarkən iki əsas meyar nəzərə alınıb: birincisi, partiyanın konstitusiyaya zidd fəaliyyətinə dair hüquqi əsasların olması; ikincisi isə həmin partiyanın ölçüsü, təşkilatlanması və siyasi təsirinin ölkənin konstitusiya quruluşuna nə dərəcədə təhlükə yaratması.

Aynur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026