• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

AFFA bu klubları cərimələdi - SİYAHI

İDMAN

01 Oktyabr 2025 | 14:33 | Müəllif: Qalib İbrahimoğlu

AFFA bu klubları cərimələdi - SİYAHI

Azərbaycanda bəzi futbil klubları cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komissiyası qərar verib.

Qərar əsasən "İmişli" klubu 1000 manat cərimələnib. Belə ki, "Zirə" ilə qarşılaşmada )sentyabrın 16-da) media sektorunda kənar şəxslərin olduğu müəyyənləşib. Bu səbəbdən də AFFA-nın qərarı ilə bölgə təmsilçisi cərimə ödəyəcək.

"Qəbələ" də 1000 manat ziyana düşüb. Qeyd olunub ki, “Qəbələ”nin 30 nömrəli oyunçusu Prins Ovusu "Qarabağ"la matçda ciddi qanun pozuntusuna görə, oyunun 1-ci dəqiqəsində qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb.

"Araz-Naxçıvan" isə 700 manat cərimələnib. Naxçıvan təmsilçisinin beş üzvü "Şamaxı" ilə görüşdə sarı vərəqə alıb.

Misli Premyer Liqasında VI turunda “Şamaxı” - “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəməli olacaq.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026