Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya gedib.
Bakıvaxtı.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Paşinyanın adminstrasiyası məlumat yayıb.
Bildirilir ki, Paşinyan oktyabrın 2-də Kopenhagendə keçiriləcək Avropa Siyasi Birliyinin 7-ci sammitində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan hökumət başçısının beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri də nəzərdə tutulub.