• Bakı 16° C

    8.13 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası ardıcıl ikinci oyunda uduzub

İDMAN

01 Oktyabr 2025 | 16:06

UEFA Gənclər Liqası: Qarabağın U-19 komandası ardıcıl ikinci oyunda uduzub

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında ikinci matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv bu gün Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gəlib.

"Azərsun Arena"da gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə bitib - 5:0.

Qeyd edək ki, U-19 I turda səfərdə Portuqaliyanın "Benfika" komandasına 1:7 hesabı ilə uduzub. "Kopenhagen" isə evdə Almaniya təmsilçisi "Bayer 04"ə məğlub olub - 0:2.


SON XƏBƏRLƏR