• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

İtaliya hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib

SİYASƏT

01 Oktyabr 2025 | 17:27

İtaliya hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib

"Azərbaycan-İtaliya münasibətlərinin bu səviyyədə olmasında stimullaşdırıcı məqamlar var. Azərbaycan Asiya və Avropanın qovşağında yerləşən bir dövlətdir. İtaliya isə Avropa ölkəsidir və Aİ-nin üzvüdür".

Bunu politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Azərbaycanın dünyaya baxışı, bir sıra dəyərləri bölüşməyimiz münasibətlərimizin inkişaf etdirilməsində əsas təməl prinsiplərdən biridir:

"İtaliya sıradan bir dövlət deyil. İtaliya Avropa İttifaqının qurucu üzvlərindəndir. NATO-nun qurucu üzvüdür. Həmçinin, "G-7"-lərdən biridir. İtaliya işğal dönəmində də ATƏT-in Minsk qrupunun üzvü kimi bütün platformalarda Azərbaycanın haqlı mövqeyini müdafiə edib. İtaliya Avropa məkanında bəlkə də yeganə ölkə idi ki, İkinci Qarabağ müharibəsindən sonra Senatın hər iki palatası Ermənistanın mina xəritələrini Azərbaycana verməsi ilə bağlı konkret mövqe ortaya qoydu. Ermənistanın Azərbaycana yanlış xəritələr verməsini pislədi, doğru xəritələrin verilməsi yönündə çağırış etdi. Bunun Ermənistan üzərinə tələb kimi qoyulmasının tərəfdarı kimi çıxış etdi”.

Xəyal Bəşirov, politoloq

Müsahibimizin sözlərinə görə, Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onun 10-u Avropa İttifaqının üzvləridir. X.Bəşirov deyib ki, bizim Avropa regionuna ixrac etdiyimiz qazın habı İtaliyadır:

“Halbuki, Qərb Cənub Qaz Dəhlizinə qısqanclıqla yanaşır, reallaşacağına inanmırdı. Azərbaycan öz resurslarını, öz gücünü, imkanlarını səfərbər edərək buna nail oldu. Bu gün İtaliyanı dövlət olaraq kollektora çevirmişik".

Aydın Baxış


SON XƏBƏRLƏR