• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Gürcüstanda müxalifət lideri SAXLANILDI

DÜNYA

01 Oktyabr 2025 | 19:39 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda müxalifət lideri SAXLANILDI

Tiflis Şəhər Şurasında Vahid Milli Hərəkat Partiyasının deputatı Zviad Kuprava saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə məlumat verilib.

DTX rəhbərinin birinci müavini Laşa Maqradze bildirib ki, istintaq materiallarına görə, 2025-ci il sentyabrın 30-da Zviad Kuprava sosial şəbəkələrdə vətəndaşları oktyabrın 4-də keçiriləcək seçkiləri pozmağa və mövcud hakimiyyəti devirməyə çağıran video yayımlayıb.

“Çağırışlarının cinayət mahiyyətini ört-basdır etmək və müvafiq məsuliyyətdən yayınmaq üçün o, seçkiləri Rusiyanın xüsusi əməliyyatı, seçki məntəqəsini xüsusi əməliyyat yeri, hökuməti isə İvanişvili adlandırıb. Bu da təbii ki, Gürcüstan Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əməlin cinayət olduğunu istisna etmir”, - Maqradze bildirib.

Onun sözlərinə görə, Kuprava həbs olunarkən DTX nümayəndələrinə müqavimət göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026