• Bakı 17° C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

İDMAN

02 Oktyabr 2025 | 08:42

MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Şəkidə çövkən (Qırğızıstan - Küveyt, Qazaxıstan - Türkiyə), batut gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə badminton (Rusiya - Özbəkistan qarışıq komandaların final oyunu) təşkil olunacaq.

Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin, bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.

Yevlaxda boks, Xankəndində isə oxatma yarışları təşkil olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.


SON XƏBƏRLƏR

01 Oktyabr 2025