• Bakı 16° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 2

    RUB - 2.0518

Türkiyə XİN "Sumud" flotiliyasına edilən hücumu pisləyib

DÜNYA

02 Oktyabr 2025 | 00:46

Türkiyə XİN Sumud flotiliyasına edilən hücumu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan "Sumud" qlobal flotiliyasına İsrail qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücumu pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.

Qeyd olunub ki, rəsmi Ankara sözügedən hücumun Qəzzada atəşkəsin təmin olunmasına yönəlmiş səylərə zərər verməməsinə ümid edir.

"Səfərin əvvəlindən etibarən donanmadakı iştirakçılar arasında vətəndaşları olan digər ölkələrlə koordinasiyalı şəkildə hərəkət edilir. Bu çərçivədə, İsrail qüvvələri tərəfindən saxlanılan vətəndaşlarımızın və digər sərnişinlərin tezliklə azad olunması üçün bütün zəruri addımlar atılır. Hücumun məsul şəxslərinin cəzalandırılması üçün hüquqi yollarla müraciət ediləcək", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, daha əvvəl Qəzzaya humanitar yardım daşıyan flotiliyanın hərəkətinə İsrail tərəfindən icazə verilməyib.


SON XƏBƏRLƏR

01 Oktyabr 2025