• Bakı 21° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

15 mindən çox uşağın bağçaya qeydiyyatı aparılıb

CƏMİYYƏT

02 Sentyabr 2025 | 16:55

15 mindən çox uşağın bağçaya qeydiyyatı aparılıb

İyulun 25-dən sentyabrın 1-dək 15 186 uşaq üçün bq.edu.az portalı vasitəsi ilə bağça qeydiyyat aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, ümumilikdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 332 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Müəssisələrdə 35 003 uşaq tərbiyə alır.

    Qeyd edək ki, sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılıb.

    Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu davam etdiriləcək.

    Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.


    SON XƏBƏRLƏR