• Bakı 20° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Merts: "Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcək

DÜNYA

02 Sentyabr 2025 | 18:38

Merts: Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcək

"İstəklilər Koalisiyası" sentyabrın 4-də Kiyevə səfər edərək dəstək və Ukraynaya təhlükəsizlik təminatı məsələlərini müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts bildirib.

"Biz videokonfrans vasitəsilə "İstəklilər Koalisiyası"nı yenidən toplayacağıq. Keçən həftə Tulonda Fransa Prezidenti Emmanuel Makron və ingilislərlə videokonfrans keçirmək barədə razılığa gəldim. O həmçinin Ukraynaya əlavə yardım məsələsini də həll edəcək", - Merts deyib.

Kansler təhlükəsizlik təminatı məsələsinə də baxılacağını qeyd edib.

Mertsin sözlərinə görə, təhlükəsizliyin ən mühüm təminatı Ukrayna ordusuna kifayət qədər dəstək göstərilməsidir.

"Biz bunu davam etdirmək niyyətindəyik. Hətta mümkün atəşkəs və sülh danışıqlarından sonra da bunu davam etdirməliyik. Ukrayna uzunmüddətli perspektivdə özünü müdafiə edə bilməlidir", - Almaniya Kansleri bildirib.


SON XƏBƏRLƏR