Yeni Zelandiyada həmkarlar ittifaqları 23 oktyabr 2025-ci il üçün böyük tətil elan edib.
Bakıvaxtı.az "TASS"a itinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya Həmkarlar İttifaqları Şurası bəyanat yayıb.
Bəyanata görə, tətildə 50 mindən çox insanın iştirak edəcəyi gözlənilir.
Ölkə üzrə 11 500-dən çox tibb işçisi və təxminən 40 000 ibtidai sinif müəlliminin vahid etirazın lehinə səs verdiyi bildirilir.
Şuranın rəhbəri Richard Vaqstaff bildirib ki, qarşıdan gələn etiraz çox güman ki, ölkədə son 40 ildə ən böyük tətil olacaq.
Həmkarlar ittifaqlarının əsas tələbi həm tibb işçilərinin, həm də müəllimlərin əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasıdır. Onlar hökumətin 30 ay ərzində maaşlarını 2%, sonra isə daha 1,5% artırmağı vəd edən təklifini ədalətsiz və vicdansız hesab ediblər.
Gülşən Şərif