• Bakı 16° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Fransada etiraz aksiyalarında  76 min polis və jandarm iştirak edəcək

DÜNYA

02 Oktyabr 2025 | 16:33

Fransada etiraz aksiyalarında  76 min polis və jandarm iştirak edəcək

Fransa Daxili İşlər Nazirliyi  keçirilməsi planlaşdırılan irimiqyaslı etirazlar zamanı təhlükəsizliyi təmin etmək üçün 76 min hüquq-mühafizə orqanı əməkdaşını cəlb edəcək.

Bakıvaxtı.az "BFMTV"yə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri vəzifəsini icra edən Bruno Retaillo məlumat verib.

Onun sözlərinə görə, ölkə daxilində hökumətin sərt iqtisadi tədbirlərinə qarşı təxminən 250 etiraz aksiyası gözlənilir. 

Etiraz aksiyaları həmkarlar ittifaqlarının təşəbbüsü ilə keçirilib.

İctimai nəqliyyatda ciddi dəyişiklik gözlənilmir. Paris metrosu həmişəki kimi işləyəcək. 

Şəhərətrafı qatarların hərəkətində kiçik fasilələr gözlənilir. Kiçik uçuş gecikmələri mümkündür.

Gülşən Şərif


SON XƏBƏRLƏR