Avrozonada işsizlik avqustda əvvəlki ayla müqayisədə 6,2%-dən 6,3%-ə yüksəlib.
Bakıvaxtı.az "Trading Economics"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsi məlumat yayıb.
Məlumata görə, avrozonada işsizlərin sayı avqustda əvvəlki ayla müqayisədə 11 min nəfər artaraq 10 milyon 842 min nəfərə çatıb.İşsiz gənclərin (25 yaşadək əhali) xüsusi çəkisi dəyişməyərək 14% təşkil edib.
Avrozonanın ən böyük ölkələri arasında ən aşağı işsizlik səviyyəsi Almaniyada (3,7%), ən yüksək göstərici isə İspaniyada (10,3%) qeydə alınıb. Fransada işsizlik 7,5%, İtaliyada isə 6% təşkil edir.
Avropa İttifaqında ötən ay işsizlik 5,9% təşkil edib. Bu, həm iyul ayı səviyyəsinə, həm də 2024-cü ilin avqust rəqəminə uyğundur.
Gülşən Şərif