İstanbulda BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və TÜBİTAK-ın tərəfdaşlığı ilə “Cleantech Days”-Qlobal Təmiz Texnologiya İnnovasiya Proqramının (GCIP) illik qlobal forumu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən təmiz texnologiya sahibkarlarını, yüksək vəzifəli şəxsləri, innovatorları və ekspertləri bir araya gətirən tədbir təmiz texnologiya innovasiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və yaşıl iqtisadiyyatların təşviqi məsələlərini müzakirə etmək məqsədi daşıyıb.
Tədbirdə Azərbaycanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov təmsil edib.
Forum çərçivəsində “Regional əməkdaşlıq vasitəsilə yaşıl innovasiyanın irəlilədilməsi: Türk Dövlətləri Təşkilatının (TDT) rolu” mövzusunda panel iclası keçirilib.