• Bakı 21° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Rutte: Rusiya ordusunda böyük yığılma gedir

DÜNYA

02 Sentyabr 2025 | 16:19

Rutte: Rusiya ordusunda böyük yığılma gedir

Hazırda Rusiya ordusunda genişmiqyaslı yığılma gedir və bu, yalnız nümayiş üçün deyil, döyüşlərdə istifadə məqsədi daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte bildirib.

O, Ukrayna üçün 2 milyard dollar dəyərində müdafiə sistemlərinin, sursat və hava hücumundan müdafiə vasitələrinin köçürüldüyünü açıqlayıb.

Rutte vurğulayıb ki, ABŞ və Avropa tərəfdaşları təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları davam etdirirlər.

Baş katib həmçinin uzunmüddətli atəşkəs və sülh sazişinin vacibliyini qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR