• Bakı C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək

CƏMİYYƏT

28 Yanvar 2026 | 10:26

Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək

Mehdiabaddan “28 May” metrostansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb:

“Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb”.


SON XƏBƏRLƏR

27 Yanvar 2026