Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiyməti 5 300 ABŞ dollarını keçərək tarixi maksimumunu yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:1-da 3,61% artaraq 5 305,56 dollarına bərabər olub.
***
08:30
Fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 5200 dollar həddini keçib.
Bakıvaxtı.az xəbər verir ki, “Comex” birjasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 05:45-ə olan vəziyyətə görə qızılın bir troya unsiyasının qiyməti 2,64 faiz artaraq tarixi maksimum – 5216,7 dollar təşkil edib.
Saat 06:32-də növbəti rekord qeydə alınıb – qızılın qiyməti bir troya unsiyası üçün 5 224,2 dollar səviyyəsinə çatıb.
Bakı 




