Neftçalada narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, sözügedən şəxsin idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsindən ümumi çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitə həşiş və marixuana aşkarlanıb. S.Abuşov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı 




