• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Hindistanda təyyarə qəzası - 5 nəfər öldü

    DÜNYA

    28 Yanvar 2026 | 09:28

    Hindistanda təyyarə qəzası - 5 nəfər öldü

    Hindistanın Maharaştra ştatında çarter uçuşu həyata keçirən təyyarə qəzaya uğrayıb. 

    Bakıvaxtı.az xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 9 radələrində Puna bölgəsinin Baramati şəhərindəki hava limanında baş verib. 

    Nəticədə ştatın hökumət başçısının müavini Acit Pavar da daxil olmaqla 5 nəfər ölüb.

    Mumbay şəhərindən gələn “Learjet 45” təyyarəsi hava limanına fövqəladə eniş etməyə çalışıb. Lakin yerə çırpılan təyyarə yanıb. Qəzada digər ölənlər pilot və təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

    İlkin ehtimala görə, qəzaya texniki problem səbəb olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026