Ekvadordan göndərilən yük konteynerlərində gizlədilmiş 4,8 tondan çox kokain Niderland gömrüyü tərəfindən aşkarlanaraq müsadirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Niderland Prokurorluğu məlumat yayıb.
Qeyd edilib ki, ümumi yoxlamalar zamanı üç elektromaqnit qurğusunda ümumi çəkisi 4,8 tondan artıq olan təxminən 4800 paket kokain tapılıb.
İstintaq çərçivəsində üç nəfər saxlanılıb. Onlardan 52 yaşlı Niderland vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib, digər iki şübhəli isə sübutların yetərli olmaması səbəbindən sərbəst buraxılıb.
Prokurorluq araşdırmanın davam etdiyini bildirib. Müsadirə edilmiş narkotik maddələr məhv edilib.
Bakı 




