• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

ABŞ-də qar fırtınası: Ölənlərin sayı artır - YENİLƏNİB

DÜNYA

28 Yanvar 2026 | 09:03

ABŞ-də qar fırtınası: Ölənlərin sayı artır - YENİLƏNİB

ABŞ-də davam edən güclü qar fırtınası azı 50 nəfərin ölümünə səbəb olub.

Bakıvaxtı.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, şaxtalı hava şəraitindən zərər çəkmiş ştatların hakimiyyət orqanları zərərlərin azaldılması və aradan qaldırılması ilə bağlı tədbirləri davam etdirir.

Qeyd edək ki, bir sıra ştatlarda insanlar işıqsız qalıb. Təxminən 401 minə qədər insan elektrik problemləri ilə üzləşib.

***

27 yanvar, saat 08:20

ABŞ-nin böyük bir hissəsini bürüyən şiddətli qış fırtınası ölümə səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Ən azı 30 nəfərin öldüyü bildirilir.Ölənlər arasında Massaçusets və Ohayo ştatlarında qar təmizləyən maşınların vurduğu iki nəfər, Arkanzas və Texasda isə xizək sürərkən ölümcül yaralanan yeniyetmələr və Kanzas ştatının Emporia şəhərində basdırılmış cəsədi tapılan bir qadın var.

Nyu-York şəhər hakimiyyətinin məlumatına əsasən, təkcə ötən həftəsonu şəhər küçələrində səkkiz nəfərin cəsədi tapılıb.

Təbii fəlakət genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. "Poweroutage.com" portalı bildirib ki, bazar ertəsi axşamına qədər 630 mindən çox müştəri elektrik enerjisiz qalıb.


SON XƏBƏRLƏR