• Bakı C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 2.0185

    RUB - 2.2222

“Qarabağ” “Liverpul”la qarşılaşacaq

İDMAN

28 Yanvar 2026 | 08:42

“Qarabağ” “Liverpul”la qarşılaşacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu VIII tur çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olacaq.

Matçın baş hakimi slovakiyalı FIFA referisi İvan Krujlyak olacaq.

“Enfild” stadionunda təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.

Qeyd edək ki, hazırkı turnir cədvəlində “Qarabağ” 7 oyundan sonra topladığı 10 xalla 18-ci, “Liverpul” isə 15 xalla 4-cü sırada qərarlaşıb. Ağdam təmsilçisi üçün bu oyun pley-off mərhələsindəki mövqeyini möhkəmləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.


SON XƏBƏRLƏR

27 Yanvar 2026