• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Nəriman Axundzadə ABŞ-yə gedə bilmir - PROBLEM

İDMAN

26 Fevral 2026 | 16:27

Nəriman Axundzadə ABŞ-yə gedə bilmir - PROBLEM

Nəriman Axundzadənin ABŞ-yə yollanması vizadan çox, iş icazəsindən asılıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov deyib.

O, Azərbaycan millisinin hücumçusunun sənədlərinin qaydaya düşməsini gözlədiklərini bildirib:

"Doğrusu, hazırda vizadan çox, Nərimanın iş icazəsinin həllini gözləyirik. Bu işlə də onun çıxış edəcəyi "Kolambus Kryu" komandası məşğul olur. Yaxın günlərdə bu məsələ həllini tapmalıdır".

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.


SON XƏBƏRLƏR