Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib və bu, iqtisadiyyat, sosial və regional əməkdaşlıqda yeni imkanlar açır.
Bakıvaxtı.az xəbnər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
O qeyd edib ki, Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün ümidlər artıb.
Cevdet Yılmaz Türkiyənin regional sülh prosesini və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləməyə davam edəcəyini vurğulayıb.