• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Liviyanın səfiri "ASAN xidmət"də

CƏMİYYƏT

02 Sentyabr 2025 | 16:40 | Müəllif: Əli Hüseynov

Liviyanın səfiri "ASAN xidmət"də

2 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Liviya Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Səfir öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin Liviya tərəfi ilə paylaşılmasında maraqlı olduğunu qeyd edib.

Qonaq “ASAN xidmət” mərkəzinin,  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub.


Liviyanın səfiri "ASAN xidmət"dəLiviyanın səfiri "ASAN xidmət"dəLiviyanın səfiri "ASAN xidmət"də
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026