• Bakı 19° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Lənkəranın dağ kəndindəki yanğın Hirkan Milli Parkına keçib

HADİSƏ

02 Sentyabr 2025 | 18:11

Lənkəranın dağ kəndindəki yanğın Hirkan Milli Parkına keçib

Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, boş bələdiyyə ərazisində başlayan alov qısa zamanda genişlənərək təqribən 2 hektar sahəni əhatə edib.

Məlumata görə, yanğın Hirkan Milli Parkının ərazisinə də keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 texnikası və 15 nəfərlik şəxsi heyəti cəlb olunub. Əraziyə həmçinin aidiyyəti qurumların nümayəndələri və Hirkan Milli Parkının rəhbərliyi də gedib.

Yanğının təhlükəli hissələri söndürülüb, alov lokallaşdırılıb. Lakin bəzi sahələrdə tüstülənmə müşahidə olunur. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025