• Bakı 20° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Laricani: ABŞ qəbuledilməz tələblər irəli sürür

SİYASƏT

02 Sentyabr 2025 | 18:22

Laricani: ABŞ qəbuledilməz tələblər irəli sürür

İran ABŞ ilə nüvə danışıqlarından tamamilə imtina etməyib, lakin Vaşinqton qəbuledilməz tələblər irəli sürür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" hesabında yazıb.

"ABŞ ilə danışıqlara gedən yol hələ bağlanmayıb, lakin Vaşinqton yalnız sözdə danışıqların tərəfdarı kimi çıxış edir. Birləşmiş Ştatlar masaya oturmur və əsassız olaraq bunda İranı günahlandırır", - o bildirib.

Ə.Laricani qeyd edib ki, İran həqiqətən də rasional danışıqlara can atır. Lakin ABŞ-nin qəbuledilməz tələblər irəli sürməsi istənilən danışıqların uğursuz olmasına yol açır.


SON XƏBƏRLƏR