• Bakı 16° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Macarıstan gözəl bilir ki, Azərbaycan belə məqamları unutmur və borclu da qalmır

SİYASƏT

02 Oktyabr 2025 | 15:29

Macarıstan gözəl bilir ki, Azərbaycan belə məqamları unutmur və borclu da qalmır

Macarıstan Avropa İttifaqının (Aİ) Ermənistana 100 milyon avro verməsini qadağan edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb.

Mənbə vurğulayıb ki, bu il Avropa İttifaqına üzv ölkələr Avropa Sülh Fondundan Ermənistana 100 milyon avro "qeyri-öldürücü hərbi yardım" ayırmaq qərarına gəlib, amma Macarıstan bu qərara veto qoyub. Nəticədə Ermənistan heç nə ala bilməyib.

Qəzet yazır ki, Macarıstanın bu qərarı Azərbaycanla yaxın və strateji münasibətlərdən irəli gəlir.

Hesab etmək olarmı ki, Macarıstan bu qərarı ilə Azərbaycanla daha da yaxın siyasi əlaqələr qurmağa çalışır? Azərbaycan-Macarıstan yaxınlığı region üçün nələr vəd edir?

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan xüsusi rol oynayır.

"Macarıstan Avropa İttifaqının yeganə üzvüdür ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkədir. Prezident İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" iki ölkə arasında münasibətlərin təməlini və inkişaf istiqamətini müəyyən edir”.

Xəqani Cəfərli: Azərbaycan üçün yaranan təhlükə dolayısı ilə Macarıstan üçün təhlükə deməkdir

Müsahibimiz deyib ki, Azərbaycanla Macarıstan arasında enerji sahəsində strateji əməkdaşlıq var. Azərbaycan üçün yaranan təhlükə dolayısı ilə Macarıstan üçün təhlükə deməkdir:

"Buna görə də Macarıstanın Ermənistana Avropa İttifaqı tərəfindən ayrılan 100 milyon avroluq hərbi yardımı veto etməsi tamamilə məntiqlidir".

Politoloq vurğulayıb ki, Macarıstan Avropa İttifaqının Ermənistana hərbi yardımını veto etməklə, öz maraqlarını qorumuş olur. Digər tərəfdən Macarıstan gözəl bilir ki, Azərbaycan belə məqamları unutmur və borclu da qalmır.

Gülşən Şərif


SON XƏBƏRLƏR