• Bakı 20° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Rusiyada güclü zəlzələ oldu

DÜNYA

02 Sentyabr 2025 | 19:21

Rusiyada güclü zəlzələ oldu

Kamçatkada (Rusiya) 6 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

"Maqnituda - 6. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə) - 3", - məlumatda bildirilir.

Seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 18.2 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 146 km aralıda baş verib.

Zərərçəkənlər və dəymiş ziyanla bağlı hələlik məlumat daxil olmayıb.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025