• Bakı 20° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Sabunçuda uşağa işgəncə verən qəyyuma cinayət işi açılıb

CƏMİYYƏT

02 Sentyabr 2025 | 19:10

Sabunçuda uşağa işgəncə verən qəyyuma cinayət işi açılıb

 Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülməklə davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb. 

Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025