• Bakı 20° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

40 min manatlıq aksiz markasız siqaret satan şəxslər saxlanıldı

HADİSƏ

02 Sentyabr 2025 | 17:50

40 min manatlıq aksiz markasız siqaret satan şəxslər saxlanıldı

Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

    Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Əliyev Fərhad, Əliyev Ağalar, 28 yaşlı Səfərov Əhliman, 34 yaşlı Qurbanov Heydər və 62 yaşlı Novruzov Nazimin xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40 000 manat dəyərində 25 000 qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub. Həmin şəxslər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    Faktlarla bağlı, araşdırmalar davam etdirilir.


    SON XƏBƏRLƏR