İspaniyanın "Barselona" klubu futbolçusu Ektor Fortu icarəyə verib.
Bakıvaxtı.az-ın məlumatına görə, 19 yaşlı müdafiəçi 2025/2026 mövsümündə ölkənin digər komandası "Elçe"nin formasını geyinəcək.
Qeyd edək ki, ispaniyalı oyunçu "Barselona"nın əsas komandasında 30 matça çıxıb. Kataloniya təmsilçisinin yetirməsi bu görüşlərdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.