• Bakı 19° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

"Avroüçlük" İrana qarşı sanksiyaları təxirə sala bilər

DÜNYA

02 Sentyabr 2025 | 20:18

Avroüçlük İrana qarşı sanksiyaları təxirə sala bilər

"Avroüçlük" ölkələri - Böyük Britaniya, Almaniya və Fransa İrana bildiriblər ki, İslam Respublikası ABŞ ilə birbaşa danışıqlara razılıq verərsə, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını təxirə salmağa hazırdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib.

"Avropalıların "snapback" üzrə moratoriumun uzadılması ilə bağlı İran və ABŞ arasında birbaşa danışıqlara dair şərti çox qəribədir. Bu gün üç Avropa ölkəsinin qeyri-qanuni hesab etdiyimiz şərti var. Onlar bizdən özü sazişdən çıxmış bir ölkə ilə danışıqlar aparmağımızı istəyirlər", - o deyib.

Mohacerani vurğulayıb ki, İran öz maraqları əsasında ABŞ ilə danışıqları davam etdirmək barədə qərar verəcək.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025