Sentyabrın 1-nə keçən gecə ölkədə baş vermiş zəlzələ nəticəsində Əfqanıstan sakini 11 ailə üzvünü itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Məlumata görə, təbii fəlakət zamanı kişinin övladından yeddisi - iki oğlan və beş qız ölüb. Bundan əlavə, o, bir əmisi və üç əmisi oğlunu itirib.
Qeyd edək ki, sentyabrın 1-nə keçən gecə Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətin episentri Cəlalabad şəhərindən təxminən 27,3 km aralıda, Pakistanla sərhəddə yerləşib.