Avropa Birliyi tərkibində trimetilbenzoil-difenilfosfin-oksid olduğu üçün gel dırnaq boyalarının istifadəsini rəsmən qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, qadağanın səbəbi gelin tərkibindəki TPO-nun (trimetilbenzoil-difenilfosfin-oksid) orqanizmdə xərçəng riski yaratmaq ehtimalıdır.
Şüaların altda quruyub, dırnağa parıltılı görüntü verən bu kimyəvi maddənin həmçinin dırnaq sədəfində infeksiyalaşmaya səbəb olduğu da bildirilir.
Bu cür infeksiyalar isə immun sistemi zəif olanlar dəri, qan, sidik-cinsiyyət, tənəffüs yolu infeksiyaları olan şəxslərdə ciddi fəsadlara səbəb olur.