Ukrayna ordusunun keçmiş hərbçisi satdığı oduna endirim etməkdən imtina edən azərbaycanlı ailəyə atəş açıb.
Bakıvaxtı.az xəbər verir ki, mübahisə zamanı o, azərbaycanlı ailənin satdığı bu odunlar üçün döyüşdüyünü deyib. Daha sonra silahla qayıdaraq ata və oğlunu güllələyib.
28 yaşlı Rəhimov İsmayıl Fərman oğlu yerindəcə keçinib, atası yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hücum edən şəxs saxlanılıb.