• Bakı 25° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Xersonda dron hücumu: 53 yaşlı mülki şəxs yaralanıb

DÜNYA

02 Sentyabr 2025 | 11:50

Xersonda dron hücumu: 53 yaşlı mülki şəxs yaralanıb

Xerson vilayətində dron hücumu nəticəsində 53 yaşlı mülki şəxs yaralanıb.

Bakıvaxtı.az "Ukrinform"a istinadla xəbər verir ki, məlumatı Xerson Vilayət Hərbi Administrasiyası yayıb.

Bildirilib ki, hadisə səhər saat 08:30 radələrində “Molodijne” yaşayış məntəqəsində baş verib. Hücum nəticəsində yerli sakin mina partlayışından qəlpə yaraları alıb. Onun baş, bel, döş qəfəsi və qarın nahiyəsindən xəsarət aldığı qeyd olunub. Yaralı müstəqil şəkildə xəstəxanaya müraciət edib və hazırda həkimlər tərəfindən müalicə olunur.

Vilayət Administrasiyasının məlumatına görə, son sutka ərzində Xerson, Sadove və Antonivka yaşayış məntəqələri də artilleriya və dron hücumlarına məruz qalıb. Hücumlar nəticəsində sosial və mühüm infrastruktur obyektlərinə, həmçinin fərdi və çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib.

İlkin məlumatlara əsasən, hücumlar nəticəsində insan tələfatı qeydə alınmayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR