ATƏT PA-nın Prezidenti Pere Joan Pons ATƏT Nazirlər Şurasının Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra Minsk prosesinin bağlanması ilə bağlı qərarını alqışlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Kökləri dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülhə gedən yolu gücləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik",-deyə ATƏT PA prezidenti vurğulayıb.