• Bakı 25° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Tanınmış həkimin səhhəti pisləşdi, reanimasiyaya yerləşdirildi - FOTO

HADİSƏ

02 Sentyabr 2025 | 10:41

Tanınmış həkimin səhhəti pisləşdi, reanimasiyaya yerləşdirildi - FOTO

Tanınmış oftalmoloq Aytən Sultanovanın səhhəti kəskin pisləşib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Universal” hospitalın rəhbəri olan həkim ötən gün həmin tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Hospitalın eyni zamanda baş həkimi olan A.Sultanovanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, A.Sultanova son vaxtlar kəskin şəkildə çəki atıbmış. Onun 60 kiloqrama yaxın arıqladığı deyilir.

Qeyd edək ki, A.Sultanova daha əvvəl “Caspian”, “Badam”, “Məlhəm” klinikalarına da rəhbər vəzifələr tutub.


SON XƏBƏRLƏR