• Bakı 25° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Şahin Şıxlinskinin yerinə o təyin edildi - FOTO

DÜNYA

02 Sentyabr 2025 | 11:00

Şahin Şıxlinskinin yerinə o təyin edildi - FOTO

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və “Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi”nə yeni rəhbər təyin edilib. 

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, həmin postda yeni rəhbər Vidadi Mustafayev olub.

Təyinatı ilə bağlı xəbəri nəşrə təsdiqləyən V.Mustafayev bildirib:

“Biz “diaspora” anlayışını ləğv etmişik, çünki o, hər yerdə özünü nüfuzdan salıb. Rusiya Federasiyasının qanunlarına və cəmiyyətə inteqrasiyanın tərəfdarıyıq. Mərkəzdə gənclərin tərbiyəsi ilə məşğul olacağıq, xüsusi hərbi əməliyyat əsgərlərinə fəal kömək edəcəyik. Bununla yanaşı, gənclərin biznes klubunu təşkil edəcəyik”.

Vidadi Mustafayev bu postda avqustun 2-si Moskvada saxlanılan Şahin Şıxlinskini əvəz edəcək. Onu da qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi Ş.Şıxlinski barəsində qiyabi həbs qərarı verib.


SON XƏBƏRLƏR