• Bakı 25° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Əliyevin Çinə səfəri: Enerji və ticarət əməkdaşlığlnda yeni imkanlar açılır

SİYASƏT

02 Sentyabr 2025 | 11:45

Əliyevin Çinə səfəri: Enerji və ticarət əməkdaşlığlnda yeni imkanlar açılır

"Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri, yüksək səviyyədə qarşılanma mərasimi, digər dövlət liderləri ilə keçirdiyi görüşlər, apardığı müzakirələr Azərbaycanın artan nüfuzunun göstəricisidir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, bir daha nümayiş olundu ki, dünya Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycana çox böyük dəyər verir:

"Onunla əməkdaşlıq etməyin yollarını axtarır. Bu baxımdan Azərbaycan Prezidentinin Çin lideri ilə görüşü xüsusilə əlamətdar oldu. Çin dünyanın ən böyük itqisadi potensiala malik ikinci dövlətidir. Bəzi göstəricilərə görə, hətta dünyada ilk yerdə qərarlaşır. Çin lideri ilə görüşdə ilk növbədə Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin artması faktı hər iki lider tərəfindən qeyd olundu. Çox mühüm göstəricidir. Ancaq açıq demək lazımdır ki, bu, nə Azərbaycanı, nə də Çini qane edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmalıdır. Bu, hər iki dövlətin liderin istəyi, arzusudur”.

Müsahibimiz iki ölkə arasında enerji sahəsində əməkdaşlığı da önəmli sayır. Dediyinə görə, xüsusən, bərpaolunan enerji sahəsində əməkdaşlıq hər iki dövləti maraqlandıran məsələlərdəndir.

Abutalıb Səmədov: Dünya Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycana çox böyük dəyər verir

Həmsöhbətimiz vurğulayıb ki, Çin lideri "Bir Kəmər, Bir Yol" layihəsində Azərbaycanın oynaya biləcəyi mühüm rola xüsusi diqqət çəkdi:

"Azərbaycan çox mühüm tranzit ölkəsidir. Si Cinpin bu reallığı hamıdan daha yaxşı anlayan liderlərdən biridir. Bu səbəbdən, görüşdə xüsusən, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti vurğulandı. Azərbaycanın dünyada çəkisinin artmasının səbəblərindən biri dövlətimizin cəsarətli mövqe nümayiş etdirməsi ilə bağlıdır. Çox mühüm məsələlər barədə Azərbaycan lideri açıq mövqe ortaya qoymaqdan heç vaxt çəkinməyib. Bu da ölkə başçıları tərəfindən hər zaman yüksək qiymətləndirilib”.

Azərbaycan liderinin Çinə səfərinin davam etdiyini deyən Abutalıb Səmədov ölkəmizin beynəlxalq nüfuzunun durmadan artdığını vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR