Rusiya qüvvələri Dnepropetrovsk vilayətində təhlükəsizlik zonası yaratmağa başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin “Rossiya-24” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri bölgədə mövqelərini təkmilləşdirir.
Puşilin qeyd edib ki, məqsəd Rusiya sərhədi yaxınlığında minimum təhlükəsizlik zonalarının yaradılmasıdır.
Əli Hüseynov