• Bakı 25° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün yeni bina tikiləcək

CƏMİYYƏT

02 Sentyabr 2025 | 11:40

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün yeni bina tikiləcək

Xankəndidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yerləşəcəyi ərazi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, idarənin binası Xankəndidə sentyabrın 2-də söküntüsü başlanılan qondarma rejimin "Xarici İşlər Nazirliyi"nin yerində inşa olunacaq.

Müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb.

Baş İdarənin binasının 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR