• Bakı 25° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Elm və Təhsil Nazirliyinin strukturunda dəyişiklik - Yeni təyinatlar

CƏMİYYƏT

02 Sentyabr 2025 | 11:11

Elm və Təhsil Nazirliyinin strukturunda dəyişiklik - Yeni təyinatlar

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. 

Bakıvaxtı.az-ın nazirliyə istinadla məlumatına görə, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb.

Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbənin müdir müavini Ayla Həsənova-Məmmədovaya, Media ilə iş sektorunun müdiri vəzifəsi isə şöbənin baş məsləhətçisi Billurə Hacızadəyə həvalə olunub.

"Yeni sektorların yaradılması media subyektləri, qurum və tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə, nazirliyin rəqəmsal media platformalarında fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir. Bununla yanaşı, bu addım nazirliyin ümumi fəaliyyəti barədə ictimaiyyətin düzgün və operativ məlumatlandırılması, tabe qurumların media fəaliyyətinin əlaqələndirilməsi, eləcə də rəqəmsal media strategiyaları vasitəsilə həm informasiya mübadiləsinin, həm də ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsini hədəfləyir"- nazirlikdən bildirilib.


SON XƏBƏRLƏR